Vikianbar:Əraziyə görə müəllif hüquqları/Azərbaycan

From Wikimedia Commons, the free media repository
Jump to navigation Jump to search
This page is a translated version of a page Commons:Copyright rules by territory/Azerbaijan and the translation is 97% complete. Changes to the translation template, respectively the source language can be submitted through Commons:Copyright rules by territory/Azerbaijan and have to be approved by a translation administrator.
Outdated translations are marked like this.

Bu səhifə əsərlərin Vikianbara yüklənməsi ilə bağlı Azərbaycanın müəllif hüquqları qaydaları haqqında icmaldır. Nəzərə alın ki, Azərbaycan mənşəli hər hansı əsər Vikianbara yüklənməzdən əvvəl həm Azərbaycanda, həm də ABŞ-da ictimai mülkiyyətdə olmalı və ya azad lisenziya əsasında əlçatan olmalıdır. Azərbaycandan olan əsərin müəllif hüquqları ilə bağlı hər hansı bir şübhə varsa, aydınlıq gətirmək üçün müvafiq qanunlara müraciət edin.

Arxa plan

Bu gün Azərbaycan olan bölgə XIX əsrdə İran tərəfindən Rusiyaya verilmiş, daha sonra 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti, 1920-ci ildə isə Sovet İttifaqının tərkibində olan Azərbaycan SSR-ə çevrilmişdir. Sovet İttifaqının süqutu zamanı Azərbaycan 1991-ci il oktyabrın 18-də müstəqillik əldə etdi. Azərbaycan ərazisində yerləşən Dağlıq Qarabağ Respublikası müstəqillik iddiasındadır, Ermənistan tərəfindən dəstəklənir, lakin beynəlxalq səviyyədə tanınmayıb.

Azərbaycan 4 iyun 1999-cu ildən Bern Konvensiyasının və 11 aprel 2006-cı ildən BİMT müqaviləsinin üzvüdür.[1]

2018-ci ildən etibarən BMT-nın qurumu olan Beynəlxalq İntellektual Mülkiyyət Təşkilatı (BİMT) Azərbaycanın qanunvericilik tərəfindən qəbul edilmiş əsas müəllif hüquqları qanununu 22 oktyabr 1996-cı il tarixli Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Qanunu (30 aprel 2013-cü il tarixli 636-IVQD nömrəli Qanuna əlavə edilmiş dəyişikliklərlə) olaraq göstərdi.[1] BİMT bu qanunun mətnini öz WIPO Lex verilənlər bazasında saxlayır.[2] BİMT həmçinin 8 avqust 2003-cü il tarixli "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" Qanunun mətnini (30 aprel 2013-cü il tarixli 638-IVQD nömrəli Qanuna əlavə və dəyişikliklərlə) özündə saxlayır.[3]

Ümumi qaydalar

30 aprel 2013-cü il tarixli, 636-IVQD nömrəli Qanuna əlavə edilmiş 1996-cı il Müəlliflik hüququ haqqında qanuna əsasən,

  • Əsərin müəlliflik hüququ bu Qanunun 26-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, müəllifin həyatı boyu və ölümündən sonra 70 il ərzində qüvvədədir.[636-IVQD/2013 Maddə 26.1]
  • Anonim və ya təxəllüslə dərc edilmiş əsərə müəlliflik hüququ həmin əsərin qanuni dərc edildiyi tarixdən 70 il müddətində qüvvədə qalır.[636-IVQD/2013 Maddə 26.1]
  • Şərikli əsərə müəlliflik hüququ müəlliflərin bütün həyatı boyu və şərik müəlliflərin axırıncısının vəfatından sonra 70 il müddətində qüvvədə qalır.[636-IVQD/2013 Maddə 26.2]
  • Müəllifin vəfatından sonra 30 il müddətində ilk dəfə dərc edilmiş əsərə müəlliflik hüququ onun qanuni dərc edilmə tarixindən sonra 70 il müddətində qüvvədə qalır.[636-IVQD/2013 Maddə 26.3]
  • Kollektiv əsərlərdə hüquqlar, bu əsərlər yaradıldıqdan sonra nəşr edilmədikdə, nəşr olunduqdan sonra 70 il ərzində qüvvədə qalır.[636-IVQD/2013 Maddə 26.4]
  • Nəzərdə tutulmuş müddətlərin hesablanması göstərilən müddətin əvvəli üçün əsas götürülən hüquqi faktın baş verdiyi ildən sonra gələn ilin əvvəlindən hesablanır.[636-IVQD/2013 Maddə 25.2]
  • Bu qanunla müəyyən edilmiş qorunma müddətləri bu qanunun qüvvəyə mindiyi tarixə qədər qorunma müddəti bitməmiş bütün əsərlərə şamil edilir.[636-IVQD/2013 Maddə 25.3]

Qorunmayan

Shortcut

Həmçinin baxın: Commons:Unprotected works

Aşağıdakılar müəllif hüquqları obyekti deyil:

  • Rəsmi sənədlər (qanunlar, məhkəmə qərarları, qanunvericilik, inzibati və ya məhkəmə xarakterli digər mətnlər) və onların rəsmi tərcümələri;
  • Dövlət rəmzləri və rəsmi nişanları (bayraqlar, gerblər, himnlər, ordenlər, pul nişanları, digər dövlət rəmzləri və nişanları);
  • Xalq yaradıcılığı (folklor) nümunələri;
  • Günün yenilikləri, müxtəlif hadisə və faktlar barədə informasiya xarakterli məlumatlar[636-IVQD/2013 Maddə 7]

Kollektik əsərlər

Ensiklopediyalar, ensiklopedik lüğətlər, dövri məcmuələr, elmi əsərlər topluları, qəzetlər, jurnallar və digər dövri nəşrlər nəşr edən fiziki və hüquqi şəxslər bu nəşrlərdən bütövlükdə istifadə etmək üçün müstəsna hüquqlara malikdirlər. Bu cür nəşrlərə daxil edilmiş əsərlərin müəllifləri, əgər müəllif müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, bütün nəşrdən asılı olmayaraq, öz əsərlərindən istifadə etmək üçün müstəsna hüquqlarını qoruyurlar.[636-IVQD/2013 Maddə 10.2]

Folklor: azad deyil

Həmçinin baxın: Commons:Paying public domain

Folklor nümunələri "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" Azərbaycan Respublikasının Qanunu (30 aprel 2013-cü il tarixli 638-IVQD nömrəli Qanuna əlavə və dəyişikliklərlə) ilə qorunur.

Azərbaycan folkloru nümunələri dedikdə, şifahi formada yaradılmış söz sənəti, xalq musiqisi, oyun və rəqslər, xalq sənətkarlığı və tətbiqi sənət nümunələri (maddi formada mövcud olan və olmayan), habelə Azərbaycan xalqı, onun ayrı-ayrı şəxsləri tərəfindən yaradılmış və qorunan xalq yaradıcılığının digər məhsulları və Azərbaycan xalqının ənənəvi bədii dəyərlərini, dünyagörüşünü, Azərbaycan xalqının səciyyəvi xüsusiyyətlərini, dünyagörüşünü, ümid və arzularını, onun xarakterik xüsusiyyətlərini əks etdirən xalq yaradıcılığı başa düşülür.[638-IVQD/2013 Maddə 1.0.1] Digər dövlətlərin hüquqi və fiziki şəxsləri Azərbaycan Respublikasının hüdudlarından kənarda folklor nümunələrindən kommersiya məqsədi ilə yalnız müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi əsasında və istifadəyə görə haqq ödəməklə istifadə edə bilərlər. Həmin vəsait müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun hesabına köçürülür və əqli yaradıcılığın həvəsləndirilməsinə, habelə folklor nümunələrinin qorunub saxlanmasına və zənginləşdirilməsinə sərf olunur.[638-IVQD/2013 Maddə 6.3]

Müəlliflik hüquqları etiketləri

Həmçinin baxın: Commons: Müəllif hüquqları etiketləri

  • {{PD-AZ-exempt}} – rəsmi sənədlər (qanunlar, məhkəmə qərarları, qanunvericilik, inzibati və ya məhkəmə xarakterli digər mətnlər) və onların rəsmi tərcümələri üçün; dövlət rəmzləri və rəsmi nişanlar (bayraqlar, gerblər, himnlər, ordenlər, pul nişanları, digər dövlət rəmzləri və nişanları); bu qanunun 5-ci maddəsinin əlamətləri olmayan folklor əsərləri; informasiya xarakteri daşıyan hadisə və faktlara dair kommunikasiyalar.
  • {{President.az}} – Azərbaycan Respublikası Prezidentinin Mətbuat Xidmətinin icazə mətni burada yerləşir:
Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytında yerləşdirilən materialların – mətnlərin, foto-şəkillərin, video və audio yazıların tam həcminin və ya onların müəyyən hissələrinin kütləvi informasiya vasitələrində, internet resurslarında və informasiya daşıyıcılarında istifadə edilməsinə məhdudiyyət qoyulmur. Bu, həmçinin, televiziya kanalları, radiostansiyalar, qəzetlər, jurnallar, elmi nəşrlər və ensiklopediyalara da (onlayn ensiklopediyalar da daxil olmaqla) şamil edilir.

Saytın bütün materialları "Creative Commons Attribution 4.0 International" lisenziyasına uyğun olaraq yerləşdirilmışdir.

Pul nişanları

Həmçinin baxın: Commons:Currency

Olar Pul nişanları digər dövlət rəmzləri ilə birlikdə açıq şəkildə müəlliflik hüququndan çıxarılıb.[636-IVQD/2013 Maddə 7]

Pul nişanlarının şəkilləri üçün zəhmət olmasa {{PD-AZ-exempt}} istifadə edin.

Panorama azadlığı

Həmçinin baxın: Commons:Freedom of panorama

 Olmaz, yalnız qeyri-kommersiya məqsədləri üçün: {{NoFoP-Azerbaijan}} 30 aprel 2013-cü il tarixli, 636-IVQD nömrəli Qanuna dəyişikliklərlə birlikdə 1996-cı il tarixli Müəllif hüquqları Qanununa əsasən,

  • Aşağıdakılara müəllifin razılığı olmadan ... fotoqrafiya, kinematoqrafiya, efir və ya kabel televiziyası vasitələri ilə cari hadisələr haqqında icmalda hadisələrin gedişində görülənlərin və eşidilənlərin informasiya məqsədi üçün lazım olan həcmdə surətinin çıxarılmasına və ya kütləvi bildirişinə icazə verilir.[636-IVQD/2013 Maddə 19.4]
  • Müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif haqqı vermədən, əsərin təsvirinin surətçıxarma və ya kütləvi bildiriş üçün əsas obyekt olduğu və ya əsərin surətinin kommersiya məqsədilə istifadə olunduğu hallar istisna olmaqla, sərbəst giriş üçün daim açıq olan yerlərdə qoyulmuş memarlıq, fotoqrafiya, təsviri sənət əsərlərinin surətinin çıxarılmasına və ya kütləvi bildirişinə icazə verilir.[636-IVQD/2013 Maddə 20]

Commons:Licensing-ə əsasən, Vikianbarda qeyri-kommersiya lisenziyasına icazə verilmir, buna görə də "olmaz".

Poçt markaları

Həmçinin baxın: Commons:Poçt markaları

Public domain {{PD-AZ-exempt}} şablonunu istifadə et

File:1995 John Lennon..jpg faylı istisnadır.

Həmçinin bax

İstinadlar

  1. a b Azerbaijan Copyright and Related Rights (Neighboring Rights). WIPO: World Intellectual Property Organization (2018). Retrieved on 2018-11-08.
  2. Law on Copyright and Related Rights (as amended up to Law No. 636-IVQD of April 30, 2013). Azerbaijan (2013). Retrieved on 2018-11-08.
  3. Law on Legal Protection of Azerbaijani Folklore Expressions (as amended up to Law No. 638-IVQD of April 30, 2013). Azerbaijan (2013). Retrieved on 2018-12-16.
Caution: The above description may be inaccurate, incomplete and/or out of date, so must be treated with caution. Before you upload a file to Wikimedia Commons you should ensure it may be used freely. Həmçinin baxın: Commons:General disclaimer