File:Koroghlu Fortress-5.jpg

From Wikimedia Commons, the free media repository
Jump to navigation Jump to search

Original file(873 × 663 pixels, file size: 331 KB, MIME type: image/jpeg)

Captions

Captions

Add a one-line explanation of what this file represents

Summary

[edit]
Description
English: The name of the fortress is connected with the name of Koroglu, the national hero of Azerbaijan. Fortresses with this name are encountered in Shamkir, Gadabay, Tovuz and other regions. Generally, common feature of the Koroghlu fortresses are they are mostly built in the XVII century, and in military-strategic position in high-altitude, inaccessible places. Some researchers state that the age of the monument is older. According to them, the age of these monuments dates back farther than Koroglu, who lived in the XVI-XVII centuries.
Azərbaycanca: Koroğlu qalası — Gədəbəy rayonunun Qalakənd ərazisində yerləşən qala. Yerli daşlardan kobud şəkildə, lakin möhtəşəm möhkəmlikdə tikilib.

Gədəbəy rayonunun Qalakənd və Miskinli kəndləri araslnda sıldırım qayalığın zirvəsində yerləşir. Azərbaycanın xalq qəhrəmanı Koroğlunun adı ilə bağlı qalalara respublikamızın Şəmkir, Gədəbəy, Tovuz və s. rayonlarının ərazilərində rast gəlmək olar. Əsasən, XVII əsrdə inşa edilmiş Koroğlu qalalarının ümumi cəhəti onların hərbi-strateji baxımdan uca, əlçatmaz yerlərdə tikilməsidir. Koroğlu qalaları özünəməxsus memarlıq xüsusiyyətlərinə də malikdir. Gədəbəy rayonunda sıldırım qaya üzərində ucalan möhtəşəm Koroğlu qalası strateji baxımdan alduqca əlverişli yerdədir. Qalanın qərb tərəfı sıldırım qayalıqdır. Qala divarlarının eni bir metrə yaxındır. Qalanın daxilində müxtəlif tikililərin xarabalıqlarına rast gəlmək olar.Müdafiə məqsədi ilə inşa olunan «Koroğlu» qalasının yeraltı gizli yolu və gizli su xətti də aşkar edilmişdir. Saxsı borularla haradansa çəkilən su qalanın içərisində inşa endilmiş anbara daxil olur, oradan isə yeraltı borular vasitəsilə axıb Miskinli kəndinin içindən keçən çaya tökülür.

Gədəbəy rayonu ərazisində Koroğlunun adı ilə bağlı zağa, dərə, qalaça, qaya və xalq arasında bunlarla bağlı müxtəlif əfsanələr mövcuddur. Bakı Dövlət Universitetinin dosenti, coğrafiya elmləri namizədi Nadir Məmmədovun 1993-cü ildə çapdan çıxmış "Azərbaycanın yer adları" adlı kitabında bununla əlaqədar çox maraqlı məlumatlar verilmişdir. Müəllif yazır: "Gədəbəy rayonu Dördlər kəndi yaxınlığında Koroğlu qayası vardır. Xalq içərisində rəvayətə görə, Koroğlu əvvəlcə həmin qayanın üstündə gəzib, buradan düşmənlərinin gəlib-gəlmədiyinə göz qoyurmuş. Eyni ərazidə Koroğlu yarğanı adı da qeydə alınmışdır. Söylənilən rəvayətə görə, bu, Koroğlu qayadan Qıratın belindən sıçrayıb düşdükdən sonra keçdiyi yarğandır". Tarixi qaynaqlarda Koroğlunun tarixi şəxsiyyət olduğu qeyd olunur. Osmanlı dövləti ilə Səfəvilər arasında baş verən müharibələr XVI əsrin sonu - XVII əsrin əvvəllərində Cəlalilər hərəkatının baş verməsinə gətirib çıxarmışdır. XVI əsrin 90-cı illərində Şərqi Anadoluda başlanan Cəlalilər hərəkatı XVII əsrin əvvəllərində Azərbaycana və qonşu ərazilərə də yayılmışdı. Cəlalilərin ayrı-ayrı dəstələri, onlara qoşulan müflisləşmiş kəndlilər və şəhər yoxsulları yerli hakim dairələrin üzərinə hücum edərək, onların var-dövlətini ələ keçirirdilər. Müxtəlif tayfalar içərisindən çıxmış cəlali dəstə başçılarından ən məşhuru Azərbaycan türkü Koroğlu idi. Həmçinin dastanlarda Koroğlunun məskəni olan Çənlibel qalasının Naxçıvanda yerləşdiyi bildirilir.

Qala yüksək dağlıq ərazidə yerləşir. Qalanın Koroğlunun Azərbaycandakı əsas sığınacaqlarından olduğu güman olunur.
Date
Source Own work
Author Gunduz57

Licensing

[edit]
I, the copyright holder of this work, hereby publish it under the following license:
w:en:Creative Commons
attribution share alike
This file is licensed under the Creative Commons Attribution-Share Alike 4.0 International license.
You are free:
  • to share – to copy, distribute and transmit the work
  • to remix – to adapt the work
Under the following conditions:
  • attribution – You must give appropriate credit, provide a link to the license, and indicate if changes were made. You may do so in any reasonable manner, but not in any way that suggests the licensor endorses you or your use.
  • share alike – If you remix, transform, or build upon the material, you must distribute your contributions under the same or compatible license as the original.


File history

Click on a date/time to view the file as it appeared at that time.

Date/TimeThumbnailDimensionsUserComment
current06:12, 20 September 2021Thumbnail for version as of 06:12, 20 September 2021873 × 663 (331 KB)Gunduz57 (talk | contribs)Uploaded own work with UploadWizard

There are no pages that use this file.

Metadata